FHN: Samur-Abşeron kanalında 1 nəfər batıb

12 İyul 2026 17:52 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.