Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib

12 İyul 2026 13:35 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı məktubu ünvanlayıb.

SİA xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Atanız – görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Şeyx Həməd bin Xəlifə Al Tani Qətər Dövlətinin tarixində silinməz iz qoymuş, bütün həyat və fəaliyyəti ilə Vətəninə hədsiz sədaqət nümunəsi göstərmiş və onun rifahı naminə fədakarcasına çalışmış xalqının böyük lideri idi.

Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında dostluq və əməkdaşlıq münasibətlərinin təşəkkülündə və inkişafında onun müstəsna xidmətləri olmuşdur. Azərbaycana səfərlərini və onunla görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram. Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Qətər Dövlətinin qardaş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".