...Volkswagen əlverişli Jetta M6 elektrik avtomobili hazırlayır. Bu ailə sedanı 197 at gücünə qədər versiyalarda təklif olunacaq.
SİA-nın əldə etdiyi məlumata görə yeni Jetta M6 ilin sonuna qədər bazara çıxacaq və Çində istehsal olunacaq.
Jetta M6-nın qiyməti təxminən 15.000 dollar olacaq.
Elektrik avtomobilinin ilk şəkilləri CarNewsChina saytında dərc olunub.
Qeyd etmək lazımdır ki, Jetta Çində ayrıca büdcə avtomobilləri brendidir.
Bu marka Volkswagen modellərinin azaldılmış versiyalarını istehsal edir. M6 Jetta modelləri sırasındakı ilk elektrik avtomobili olacaq.
Elektrik avtomobilinin benzinlə işləyən Volkswagen Jetta ilə heç bir ortaq cəhəti yoxdur.
M6 əyri damı, aydın burunu və əyri farası olan şık bir sedandır. Baqaj qapağına spoyler inteqrasiya olunub və arxa işıqlar LED zolaqla birləşdirilib.
Avtomobil 17 və ya 18 düymlük təkərlərlə mövcud olacaq. 2026-cı il Jetta M6-nın ölçüləri:
-Uzunluq: 4806 mm;
-Eni: 1868 mm;
-Hündürlüyü: 1500 mm;
-Təkər bazası: 2820 mm;
-Çəki: 1557–1628 kq.
Jetta M6 sedanı 154 və 197 at gücünə malik ön təkərli konfiqurasiyalarda, müvafiq olaraq 166 və 172 km/saat maksimal sürətə malik olacaq.
İki batareya variantı mövcud olacaq, lakin onların tutumu və yürüş məsafəsi hələ açıqlanmayıb.
Nazlı Almuradova