Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi sonuncu oyununa çıxacaq

12 İyul 2026 12:05 (UTC+04:00)

Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi FIBA Avropa çempionatının B divizionunda sonuncu oyununa çıxacaq.

SİA xəbər verir ki, komanda İsveçrə ilə qarşılaşacaq.

Görüş Bolqarıstanın Samokov şəhərində, Bakı vaxtı ilə saat 16:15-də start götürəcək.

Azərbaycan millisi İsveçrəni məğlub etsə, turniri 10-cu pillədə başa vuracaq.