Azərbaycan güləşçisi Avropa Çempionu oldu

12 İyul 2026 01:20 (UTC+04:00)

Azərbaycan güləşçisi Hacı Kərimov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

Bu barədə SİA-ya Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Altıncı yarış günündə sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.

Məhəmməd İsmayılov (57 kq) fransalı Qaspar Şenuya (11:0), Bəşir Verdiyev (65 kq) isə macarıstanlı Mozes Lasloya (12:1) tam üstünlüklə qalib gələrək bürünc medal qazanıb.

Hacı Kərimov (70 kq) finalda fransalı Bayssanqur Bitmurzayevlə qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz vaxtından əvvəl 10:0 hesablı qələbəylə Avropa çempionu olub.

Elcan İsmayılzadə (79 kq) təsəlliverici görüşlərdə ispaniyalı David Kodakovla (11:0) irlandiyalı Deklan Blaya (10:0) tam üstünlüklə qalib gəlib. Güləşçimiz ermənistanlı Narek Nikoqosyanla bürünc medal görüşündə hesabda 10:4 öndə olarkən "tuş"la məğlub olub.

Fərhad Süleymanlı (97 kq) finlandiyalı Yoona Yunnilaya 4:1 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.

Mətləb