Paşinyandan QƏRAR - onu təhqir edənlərdən 11 min dollar təzminat istəyir...

11 İyul 2026 23:04 (UTC+04:00)

Ermənistanda seçki gərginliyi bitmək bilmir. Baş naziri Nikol Paşinyan keçmiş deputatlar Sofiya Ovsepyan və Edmon Marukyanı seçkilərlə bağlı açıqlamalarına görə məhkəməyə verib. Hökumət başçısı Ovsepyan və Marukyanı böhtan və təhqirdə ittiham edərək, təkzib vermələrini tələb edir.

Həmçinin Ermənistanın baş naziri təhqirlərə təzminat kimi 2 milyon dram (5400 dollar), böhtana görə təzminat kimi isə 4 milyon dram (təxminən 11 000 dollar) tələb edib.

Mətləb