İsrail yenə Livanı VURDU - yaralananlar var

11 İyul 2026 22:31 (UTC+04:00)

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullaha məxsus olduğu bildirilən obyektləri hədəfə alıb. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, İsrail aviasiyası Əl-Mənsuri şəhərində yerləşən mövqelərə azı beş zərbə endirib. Hücumlar zamanı bir neçə yaşayış binasının da zərər gördüyü qeyd olunub. İsrail dronları Arnun, Kfar-Tibnit və Məcdəl-Zun ərazilərinə zərbələr endirib, nəticədə üç nəfər yaralanıb.

Bildirilib ki, Deyr-Siryan və Qantara yaşayış məntəqələri də artilleriya atəşinə tutulub.

Mətləb