...Kalininqradda doğulan Sergey Medvedev, sovet və rus jurnalisti, rejissoru, televiziya aparıcısı kimi təqdim edilir.
“Facebook” yer alan bu yazı da onun qələminin məhsuludur.
“The Economist” jurnalı Rusiyanın kölgə lideri roluna sərt Putin oliqarxı, dünyanın ən böyük yaxtasının (143 m, 600 milyon dollar-A.B.) sahibi və hava hücumundan müdafiə sistemlərinin əsas təchizatçısı Andrey Melniçenkonu sensasiyalı şəkildə namizəd göstərib.
SİA xəbər verir ki, Ukrayna ballistik raketləri artıq onun Tula yaxınlığındakı Novomoskovsk kimya zavoduna düşüb. Burada partlayıcı maddələr üçün azot turşusu istehsal olunur.
Fotoda o, sanki yaxınlaşan qarışıqlığın şəfəqindən xəbərdar edən kimi qırmızı və qara rənglərdə, Qırmızı Qvardiya forması geyinmiş vəziyyətdə görünür.
Və onun bütün mətni, bir ay əvvəl dərc edilmiş "Kreml daxili"nin anonim etirafı kimi, Prezident Administrasiyasının oyun kitabçasına uyğun olaraq yazılmış davamlı bir dəhşət hekayəsidir: ölkənin süqutu, xaos, Puqaçov üsyanı, Çinin Rusiyanı ələ keçirməsi və digər ximeralar.
Bu, Qərbə çarəsiz siqnallar göndərən, könüllülərin koalisiyasında nifaq salmaq və çox gec olmamışdan əvvəl Rusiyanın şərtləri ilə atəşkəsə nail olmaq cəhdidir.
Bu, ağ bayraq və ya sülh çağırışı deyil; bu, Putinin eyni köhnə ultimatumu, yan baxışı - guya "müstəqil fikir" kimi təqdim olunur.
Hərçənd, mahiyyət etibarilə həm bu yöndəmsiz sızma, həm də "daxili şəxsin" uzun düşüncələri rejimin əlaltıları tərəfindən səsləndirilən eyni xüsusi əməliyyatın, Kremlin kölgə diplomatiyasının bir hissəsidir.
Aydındır ki, müştəri hələ yetkin deyil və Rusiyanı sülhə məcbur etmək üçün qırx günlük Ukrayna kampaniyası davam etdirilməlidir - sentyabr ayına qədər daha bəlağətli hekayələr eşidəcəyik.
Bütün bunlar Putinizmin son mərhələdəki ölüm sancılarının qəribə bir artefaktı, Kremlin caniləri haqqında qara komediyanın parodiya üslubunda təqdim olunan ağır xəstənin halüsinasiyasıdır (məsələn, "Stalinin ölümü").
Və bütün bunlar təxminən bir həftə ərzində unudulacaq, yalnız bu köhnə üz qabığı qalacaq, döyülmüş faciə ilə əyalət teatrının afişası kimi...
Əli Babayev