Ötən gün ölkədə 36 kiloqramdan çox narkotik aşkarlanıb

11 İyul 2026 09:47 (UTC+04:00)

Azərbaycanda iyulun 10-da ümumi çəkisi 36 kiloqramdan artıq olan narkotik vasitə aşkar olunub.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 33 kiloqramdan artıq marixuana, 400 qrama yaxın metamfetamin olub.

Həmçinin ötən gün keçirilən tədbirlərlə yabanı halda bitmiş 11 ton 770 kiloqram çətənə kolu aşkarlanaraq məhv edilib.