Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirilib - TƏCİLİ

11 İyul 2026 01:03 (UTC+04:00)

Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürman xəstəxanaya yerləşdirilib. "TRT Haber"in məlumatında deyilir ki, "Paytaxt Lefkoşadakı keçmiş prezidentlik binasında keçirilən tədbirdə halı pisləşən T. Erhürman təcili tibbi yardım maşını ilə Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının Kardiologiya Şöbəsinə aparılaraq müalicə altına alınıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, Prezident Tufan Erhürmanın qan təzyiqinin düşməsi ilə əlaqədar halı pisləşib.

Mətləb