Dənizdə boğulan gənc qızın axtarışlarına helikopter cəlb olunub - FHN

10 İyul 2026 22:33 (UTC+04:00)

İyulun 6-da Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizin nəzarətsiz hissəsində batan 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən davam etdirilir. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatına FHN-in Aviasiya Dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidməti, həmçinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri cəlb olunub. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Mətləb