Kəlbəcər rayonunda mina partlayışı olub, xırdabuynuzlu heyvanlar xəsarət alıb.
SİA-nın məlumatına görə, hadisə Laçınla sərhəd ərazidə qeydə alınıb.
Hadisə nəticəsində insanlar arasında xəsarət alan olmasa da, ancaq üç baş xırdabuynuzlu heyvan yaralanıb.
Qeyd edək ki, həmin ərazidə oxşar hadisələr daha əvvəllər də baş verib.