"Araz-Naxçıvan"ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub

10 İyul 2026 10:24 (UTC+04:00)

"Araz-Naxçıvan"ın futbolçusu İbrahim Piriyev əməliyyat olunub.

SİA xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Əvəzedici heyətdən əsas komandaya cəlb edilən oyunçu Türkiyənin İstanbul şəhərində qasıq yırtığından əməliyyat edilib.

Əməliyyatdan sonra bu gün evə buraxılan yarımmüdafiəçi 3 həftə sonra məşqlərə başlayacaq.