“Qarabağ” və “Vestri” komandalarının start heyətləri bəlli olub

9 İyul 2026 20:00 (UTC+04:00)

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda üz-üzə gələcək “Qarabağ” və İslandiyanın “Vestri” komandalarının start heyətləri açıqlanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 4. Varkonyi, 5. Bruno Lanqa, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zakariya Savo, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

“Vestri”: 1. Marvin Steynarsson, 3. Edson, 6. İbrahima Balde, 10. Tordur Qunnar Haftorsson, 12. Tibanq Pxete, 15. Arnar Svavarsson, 17. Qunnar Yonas Hauksson, 22. Elmar Qardarsson, 23. Breki Hermannsson, 29. Konstantin Çeşmeciyev

Baş məşqçi: Daniel Osafo-Badu

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.