"Real Madrid"in sabiq futbolçusu "Sumqayıt"a baş məşqçi təyin olunub

9 İyul 2026 18:59 (UTC+04:00)

"Sumqayıt" Futbol Klubunun yeni baş məşqçisi bəlli olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi məlumat yayıb.

Bu vəzifə Filipe Kandiduya həvalə edilib. Portuqaliyalı mütəxəssisin təyinatının detalları açıqlanmayıb.

Onun baş məşqçi kimi son klubu ölkəsində "Pakuş Ferreyra" olub.

Qeyd edək ki, Filipe Kandidu futbolçu karyerası ərzində Portuqaliyanın "Sportinq" və İspaniyanın "Real Madrid" komandalarında da çıxış edib.