İki basketbolçumuz dünya reytinqinin ilk “beşliyi”ndə yer alıb

9 İyul 2026 18:41 (UTC+04:00)

FIBA 3x3 basketbol üzrə fərdi dünya reytinqini açıqlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, siyahının ilk “beşliyi”ndə Azərbaycanın iki qadın basketbolçusu yer alıb.

Azərbaycan millisinin üzvü Aleksandra Mollenhauer 205.309 xalla reytinq cədvəlinə başçılıq edir. Yığmanın digər basketbolçusu Arika Karter isə 183.664 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq son 12 ay ərzində FIBA tərəfindən təsdiqlənmiş yarışlarda əldə edilmiş ən yaxşı 9 nəticə əsasında hesablanır.