Azərbaycanı Gürcüstandakı beynəlxalq reqatada 12 idmançı təmsil edəcək - FOTOLAR

9 İyul 2026 13:58 (UTC+04:00)

Azərbaycanı Gürcüstanın Poti şəhərində akademik avarçəkmə və kanoe üzrə beynəlxalq reqatada 12 idmançı təmsil edəcək.

Bu barədə SİA-ya Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

Akademik avarçəkmədə İsmayıl Şirinov, Sabit Abdullayev, Məhəmməd Həsənov, İsabala Dadaşzadə çıxış edəcək.

Fəxri Sadıqlı, Vaqif Mustafazadə və Rüstəm Əsgərov kanoe qayığında mükafatçılar sırasına düşməyə çalışacaq.

Kayak növündə isə İvan Vorobyanski, Qiyas Əhmədov, Tengiz Qaqnidze, Elmir Tərverdiyev və Mustafa Vəlizadə mübarizə aparacaq.

Komandaya məşqçilər Tofiq Bayramov və Fərid Saadov rəhbərlik edəcək.