"Turan Tovuz" klubunda yeni təyinat baş tutub

9 İyul 2026 12:08 (UTC+04:00)

"Turan Tovuz" futbol klubunda yeni təyinat baş tutub.

SİA xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Həsən Zeynalov İdarə Heyəti sədri Ehriram Quliyevin birinci müavini təyin edilib.

Xatırladaq ki, Həsən Zeynalov ötən mövsüm ölkə çempionu olan "Turan" Voleybol Klubunun prezidentidir.