Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
SİA-nın məlumatına görə, Ceyhun Bayramovun rəhbərlik etdiyi kollektiv Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.