Paris məhkəməsinin qərarı ilə Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailə üzvləri tərəfindən qanunsuz olaraq əldə edilmiş əmlakının müsadirə etməsindən əldə edilən 50 milyon avrodan çox vəsait Suriya xalqına köçürüləcək.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib. Fransa prezidenti bildirib ki, bu vəsait Suriya xalqına ölkədəki konkret inkişaf layihələrinin maliyyələşdirilməsi üçün qaytarılacaq.
Mətləb