Məşhur türk aktrisanın ölüm səbəbi açıqlandı - alkoqol zəhərlənməsi...

9 İyul 2026 03:04 (UTC+04:00)

“Kızılcık Şerbeti” serialında canlandırdığı Işıl obrazı ilə tanınan məşhur aktrisa Ece İrtemin ölüm səbəbi açıqlanıb.

Türkiyə mediasının yazdığına görə. Məhkəmə-Tibb Ekspertizası Qurumunun hesabatına əsasən, 35 yaşlı aktrisanın ölüm səbəbi alkoqol zəhərlənməsi olub.

Məlumata görə, Ece İrtem iyunun 15-də səhhətində yaranan problem səbəbilə həyatını itirib. Onun ölümü ilə bağlı araşdırma zamanı müxtəlif ehtimallar, o cümlədən Taylanda səfəri zamanı meymun hücumuna məruz qalması və bunun nəticəsində sepsis yaranması ehtimalı da araşdırılıb.

Mətləb