Güclü sel poçt binasını aparıb

9 İyul 2026 02:04 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Zaqatala rayonunda yağan intensiv yağışlar bir sıra ciddi fəsadlara səbəb olub.

Məlum olub ki, əlverişsiz hava şəraiti ilə əlaqədar iyulun 7-si axşam saatlarından başlayan güclü yağış iyulun 8-nə keçən gecə daha da intensivləşib. Leysan yağışları nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb, Talaçaydan güclü sel keçib. Təbii fəlakət nəticəsində evlərə, təsərrüfatlara və nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib.

Selin ən ağır fəsadlarından biri isə Zaqatala şəhərində qeydə alınıb. Belə ki, güclü sel suları Zaqatala 1 saylı poçt binasını aparıb.