"Cavab görüşündə hər şeyə hazır olmalıyıq"

9 İyul 2026 01:20 (UTC+04:00)

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov "Torpedo" ilə matçdan sonra mətbuat konfransında mühüm fikirlər səsləndirib. R.Sadıqov bildirib ki "Torpedo"ya qarşı cavab matçında hər şeyə hazır olmalıyıq. "Rəqibin heyətində yaxşı futbolçular var. Onlara meydanda təzyiq göstərməyə çalışdıq. Gürcüstan klubu bizdən daha hazırlıqlı idi. Hamımız birlikdə cavab görüşünə hazırlaşmalıyıq. Səfərdə daha yaxşı oyun sərgiləməyik ki, mərhələni keçən tərəf biz olaq. Bütün rəqiblərə hörmətlə yanaşıram.

Rəqibə təzyiq göstərmək istəyirdik. Uğurlu alındı. Qarşılaşmanın sonunda yorğunluğu hiss etdik. Hesabı daha da artıra bilərdik. Amma alınmadı. Qarşıda bizi önəmli cavab matçı gözləyir".

Mətləb