... Rusiya dizel yanacağı ixracına tamamilə qadağa qoyub.
SİA xəbər verir ki, Kremlin veb saytına görə, Baş nazirin müavini Aleksandr Novak bunu Vladimir Putinlə hökumət üzvləri arasında keçirilən görüşdə açıqlayıb.
Baş nazirin müavini bildirib ki, "Bu gün dizel yanacağı ixracına qadağa qoyulub və bu, daxili bazara tədarükü artırmağa imkan verəcək".
7 iyulda Novak yay mövsümündə tələbatın pik həddi və neft emalı zavodlarında planlaşdırılmamış təmir işləri nəzərə alınmaqla Rusiya yanacaq bazarındakı vəziyyətin gərgin olaraq qaldığını bildirib.
O əlavə edib ki, Nazirlər Kabineti daxili neft məhsulları bazarını doyurmaq üçün əlavə tədbirləri nəzərdən keçirir.
Əli Babayev