ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitində İranla münasibətlər barədə danışıb. D.Tramp qeyd edib ki, əvvəllər İran liderlərini çox rasional insanlar hesab edirdi, lakin onların son həftələrdəki addımlarından sonra fikrini dəyişib.
"Mən onları daha yaxşı tanıdım. Düşünürdüm ki, iranlılar daha rasionaldırlar, amma onların son bir və ya iki həftə ərzindəki atdıqları addımlardan aydın olur ki, onlar İran xalqının maraqlarına xidmət etmirlər. Mən onlarla razılaşma bağlamaq istədiyimə əmin deyiləm. Biz oyun oynaya bilərik, amma mən razılaşma bağlamaq istədiyimə əmin deyiləm. Gəlin, sadəcə işi yekunlaşdıraq", - o deyib.