...Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu ölkəyə “Patriot” raketdən müdafiə sistemlərini istehsal etmək imkanı vermək planlarını müzakirə edəcəyini bildirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Donald Tramp bu barədə Türkiyənin paytaxtı Ankarada Volodimir Zelenski ilə görüş zamanı deyib.
“Biz sizə bunu istehsal etmək üçün lisenziya verəcəyik”, - deyə ABŞ Prezidenti vurğulayıb.