Ankarada Trampla Zelenski arasında görüş keçirilir

8 İyul 2026 17:51 (UTC+04:00)

NATO sammiti çərçivəsində Ankarada ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçirilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Tramp görüş zamanı Zelenski ilə yaxşı münasibətlər qurduğunu deyib.

Rusiya-Ukrayna müharibəsindən danışan Tramp bunun həllinin daha asan olacağını gözlədiyini bildirib.

Zelenski isə verdiyi dəstəyə görə ABŞ Prezidentinə təşəkkür edib.