Azərbaycan və İordaniya XİN başçıları danışıqlar aparır

8 İyul 2026 12:27 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə görüş keçirir.

Bu barədə SİA İordaniyanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Qeyd edək ki, hazırda İordaniyanın xarici işlər naziri Əymən Əs-Safadi Bakıda rəsmi səfərdədir. Səfər çərçivəsində onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib.