Azərbaycanı yeni mövsümdə avrokuboklarda təmsil edəcək voleybol komandaları bəlli olub.
SİA-nın əldə etdiyi məlumata görə, qadın voleybolçulardan ibarət “Turan” və kişilərdən ibarət “Xilasedici” komandaları FIVB Çempionlar Liqasında mübarizə aparacaq.
Hər iki komanda ötən mövsüm ölkə çempionu olub.
Gümüş medalçılar “Ordu” (kişi) və “DH Volley” (qadın) isə Çelenc Kubokunda yarışacaq.