Azərbaycan və Türkmənistan enerji əməkdaşlığını müzakirə edib

8 İyul 2026 10:44 (UTC+04:00)

Azərbaycan və Türkmənistan arasında beynəlxalq bazarlara enerji nəqli, bu sahədə hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, birgə layihələrdə iştirak imkanları müzakirə olunub.

SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz çərçivəsində Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanovla görüşdük. Ölkələrimizin malik olduğu zəngin enerji potensialının iqtisadi tərəfdaşlığın inkişafı üçün əlverişli şərait yaratdığını vurğuladıq. Beynəlxalq bazarlara enerji nəqli, bu sahədə hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, birgə layihələrdə iştirak imkanlarını müzakirə etdik",-deyə nazir qeyd edib.