Şüvəlanda dənizdə batan şəxsin meyiti tapılıb

8 İyul 2026 09:23 (UTC+04:00)

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb.

Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nəzarətsiz ərazidə batan 1998-ci il təvəllüdlü Adıgözəl Ehtibar oğlu Mustafayevin meyiti dalğıclar tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.