Dünya neft hasilatı barədə ABŞ-dan HESABAT - dekabra qədər əvvəlki göstəricilərə yaxınlaşacaq...

8 İyul 2026 02:20 (UTC+04:00)

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) aylıq hesabatında qlobal neft bazarındakı hazırkı durum barədə danışılır. Hesabatda qeyd edilir ki, IV rübdə "qapalı" həcmlərin orta hesabla 1,4 milyon b/s təşkil edəcəyi və bütövlükdə istehsalın 2027-ci ilin I rübündə əvvəlki səviyyələrə dönəcəyinə baxmayaraq, qlobal neft hasilatı və ticarəti 2026-cı ilin sonuna qədər münaqişədən əvvəlki səviyyəyə qayıdacaq.

SİTAT: "Yaxın Şərq ölkələrində neft hasilatı münaqişə fonunda may ayında 11,2 milyon b/s olan maksimum azalma həddinə çatdıqdan sonra iyun ayında 8,3 milyon b/s azalıb. Administrasiya xüsusən hesab edir ki, Hörmüz boğazının açılmasından sonra ABŞ və İran arasındakı atəşkəs memorandumunun ardınca Fars körfəzində "qapalı" qalan həcmlər may ayındakı pik 11,2 milyon b/s göstəricisi ilə müqayisədə iyun ayında 8,3 milyon b/s-ə qədər azalacaq."

Mətləb