Argentina millisi 1.4 finalda - möhtəşəm geridönüş! - YENİLƏNİB

7 İyul 2026 22:10 (UTC+04:00)

Futbol üzrə DÇ-2026-da 1/8 finalın son üç oyunu keçirilir. SİA xəbər verir ki, günün ilk matçında mundialın təşkilatçı ölkələrindən biri ABŞ Belçika yığması ilə üz-üzə gəlib. Oyun Belçikanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son dünya çempionu Argentina Misiri sınağa çəkib. Matç Cənubi Amerika təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Mərhələnin son matçında isə İsveçrə Kolumbiya ilə qarşılaşacaq.

7 iyul

20:00. Argentina - Misir - 3:2

Qollar: Yasser İbrahim,15 (0:1), Mustafa Ziko, 67 (0:2), Kristian Romero, 79 (1:2), Lionel Messi, 83 (2:2), Enzo Fernandez, 90+2 (3:2)

Mətləb