Sumqayıtda üç avtomobil toqquşub

7 İyul 2026 23:28 (UTC+04:00)

Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. Belə ki, "Mercedes", "Toyota" və "Opel" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində hər üç nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri araşdırılır.

Mətləb