Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixində eyni turnir ərzində iki penalti zərbəsini qola çevirə bilməyən ilk futbolçu olub. Argentinalı futbol ulduzu DÇ-2026-nın 1/8 final mərhələsində Misir millisinə qarşı oyunun 21-ci dəqiqəsində təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. Onun vuruşunu qapıçı Mustafa Şubir dəf edib.
Bundan əvvəl isə Messi qrup mərhələsinin II turunda Avstriya millisi ilə keçirilən və Argentinanın 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə penalti zərbəsini qaçırmışdı. Beləliklə, Messinin mundiallarda oyun vaxtı yerinə yetirdiyi, lakin qola çevirə bilmədiyi penaltilərin sayı dördə çatıb ki, bu da turnirin tarixində ən pis göstəricidir.
Mətləb