UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyunda ikinci hissə başlayıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüşün ilk yarısından sonra hesab açılmayıb - 0:0.
Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.
20:50
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında keçirilən ilk oyunda birinci hissə başa çatıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, komandalar “Bank Respublika Arena”da oynanılan görüşün fəsiləsinə qolsuz heç-heçə ilə yollanıb - 0:0.
Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.
20:01
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında ilk oyun başlayıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüş saat 20:00-da start götürüb. Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.