Çempionlar Liqası: “Sabah” – TNS oyunu başlayıb

7 İyul 2026 20:01 (UTC+04:00)

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda “Sabah” və Uelsin TNS komandaları arasında ilk oyun başlayıb.

SIA xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüş saat 20:00-da start götürüb. Matçı polşalı FIFA referisi Patrik Qritskeviç idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması bir həftə sonra Ozuestri şəhərində keçiriləcək.