Belarusda yanacaq qiymətləri artır...

7 İyul 2026 20:06 (UTC+04:00)

...SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, ölkədə motor yanacağının qiymətləri 8 iyuldan etibarən 1 qəpik artacaq.

Bu barədə BelTA-ya Belneftexim Konserninin mətbuat xidmətindən məlumat verilib.

Belneftexim Konserni motor yanacağının pərakəndə satış qiymətlərini tənzimləyir.

8 iyul 2026-cı il tarixindən etibarən Belarus yanacaqdoldurma məntəqələrində motor yanacağının maksimal pərakəndə satış qiymətləri 1 qəpik artacaq və belə olacaq: AI-92 - 2,59 rubl, AI-95 - 2,69 rubl, AI-98 - 2,91 rubl və dizel yanacağı - 2,69 rubl.

Əli Babayev