...Ukraynada döyüşən və “On üçüncü” çağırış işarəsi ilə tanınan rusiyalı Z-bloqçu Yeqor Quzenko hərbi hissədən qaçdıqdan sonra axtarışa verilib.
SİA xəbər verir ki, jurnalist Denis Kazanskinin sözlərinə görə, blogger Donetsk sektorunda fəaliyyət göstərən və Malaya Tokmaçka uğrunda döyüşdə iştirak edən bölməsini tərk edib.
Kazanski bu barədə Telegram kanalında məlumat verib. Onun sözlərinə görə, əvvəllər dəfələrlə müharibənin eskalasiyasına çağırış edən Quzenko döyüşə davam etməkdən imtina edərək fərari kimi aradan çıxıb.
...Sərxoşluq səbəbindən Malaya Tokmaçkaya hücuma göndərilən rusiyalı müharibə cinayətkarı və Z-bloqçu Yeqor Quzenko (On üçüncü) bunu qəbul etməkdən imtina edib və fərarilik edib. O, axtarışa verilib. İllərdir ki, o, öz kanalında qaniçən berserker kimi təqdim edir, Rusiyada ümumi səfərbərliyə və Ukraynanın məhv edilməsinə çağırır. Amma nədənsə özü xəstə xəyallarını gerçəkləşdirmək istəməyib və qaçıb. Onun anlayışına görə, müharibədə ölənlər başqa rus axmaqları olmalıdır.
Bunu Kazanski yazıb.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayında Quzenko Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq həbs cəzasından yayınmışdı. Bundan əvvəl o, döyüşdə iştirak etmək istəmədiyini açıq şəkildə bildirmişdi, lakin sonda həbs cəzası ilə üzləşməkdənsə, cəbhədə xidmət etməyi seçmişdi.
Əli Babayev