“Həkimlərimizi tanıyın!” rubrikamızda

7 İyul 2026 15:40 (UTC+04:00)

DR.VÜSAL CƏFƏROV Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində uşaqlarda anadangəlmə inkişaf qüsurları, ağciyərlərin kistik xəstəlikləri, sidik cinsiyyət sistemi xəstəlikləri; həzm sistemi anomaliyaları; qida borusu atreziyası, traxeya ezofagialfistula, 12barmaq bağırsaq və bağırsağın digər hissələrinin atreziyası, diafraqma yırtıqları, anusun atreziyası, Hirşprung xəstəliyi, mekonial keçməməzlik, yenidoğulmuşlarda nekrotizian enterokolit, malrotasiya və volvlus-bağırsaq burulması, pilor darlığı, uşaqlarda qasıq yırtığı, hisroseli, qaraciyər və dalağın kistik xəstəlikləri; uşaqlarda təcili vəziyyətlər, bağırsaq keçməməzliyi, appendisit, yad cisim udulması, yad cisim aspirasiyası, xaya və yumurtalıq burulmaları, boğulmuş qasıq yırtıqları və uşaqlarda travmaların müalicəsi və cərrahi müdaxilələri ilə məşğul olur. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/vusal-ceferov/.

Vüsal həkim 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirdikdən sonra 2011-2016-cı illərdə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili alıb. O, 2016-cı ildən etibarən Mərkəzi Gömrük Hospitalınsa uşaq cərrahı və uşaq uroloqu kimi, 2022-ci ildən isə Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uşaq cərrahı kimi fəaliyyət göstərir.
Dr. Vüsal Cəfərovun peşəkar fəaliyyətinin mühüm uğurlarından biri də Mərkəzi Gömrük Hospitalında Sakrokoksigeal teratoma diaqnozu qoyulmuş cəmi 1 günlük yenidoğulmuş körpənin uğurla əməliyyat olunmasıdır.
Körpəyə bu nadir və yüksək riskli diaqnoz hələ ana bətnində olarkən qoyulmuş, doğuşdan sonra aparılan MRT müayinəsi və laborator analizlər əsasında diaqnoz dəqiqləşdirilmişdir. Təxminən 3 saat davam edən mürəkkəb cərrahi müdaxilə zamanı büzdüm nahiyəsindən bağırsaqlara və sidik kisəsinə doğru uzanan təxminən 10 sm ölçülü şiş tam şəkildə xaric edilmiş, əməliyyat uğurla başa çatmışdır. Körpənin əməliyyatdan sonrakı vəziyyəti stabil olmuş, sağalma prosesi problemsiz davam etmişdir. Bu uğurlu nəticə Uşaq Cərrahiyyəsi, Radiologiya, Anesteziologiya və Reanimasiya şöbələrinin multidissiplinar əməkdaşlığının, eləcə də yüksək peşəkarlığın parlaq nümunəsidir.
Dr.Vüsal Cəfərov daim müxtəlif mötəbər beynəlxalq və yerli konfrans, seminar və toplantılarda iştirak edir, müasir tibbin yeniliklərini izləyir və öz təcrübəsində tətbiq edir. O, Dr.Vüsal Cəfərov 2023-cü ildə Azərbaycan Respublikası Gömrük işini aparan Icra Hakimiyyəti Orqanının Fəxri Fərmanı ilə təltif olunub. 2025- ci ilin mart ayında Avropa Uşaq Cərrahiyyəsi BOARD imtahanının birinci mərhələsini keçmişdir.

Dr.Vüsal Cəfərov daim müxtəlif mötəbər beynəlxalq və yerli konfrans, seminar və toplantılarda iştirak edir, müasir tibbin yeniliklərini izləyir və öz təcrübəsində tətbiq edir. O, 2016-cı ildə Şimali Kipr Türk Cümhuriyyətində Beynəlxalq Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası konqresində, 2018-ci ildə Türkiyənin İzmir şəhərində 36-cı Beynəlxalq Uşaq Cərrahiyyəsi konqresində, 2019-cu ildə Qətərin Doha şəhərində VI Ümumdünya Uşaq Cərrahiyyəsi konqresində, 2021-ci ildə Türkiyənin İstanbul şəhərində Türkiyə Torakal Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə “Uşaqlarda döş qəfəsi deformasiyalarının cərrahi və qeyri-cərrahi – vakuum üsulu ilə müalicəsi” mövzusunda beynəlxalq konfransında və 2022-ci ildə Çexiya Respublikasının Praqa şəhərində Dünya Uşaq Cərrahları Assosiasiyasının təşkilatşılığı ilə keçirilən VII Dünya Uşaq Cərrahiyyəsi konqresində, 2026-cı ilin iyun ayında Fransanın paytaxtı Paris şəhərində keçirilən 36-cı Avropa Uşaq Urologiyası Cəmiyyətinin (ESPU) Konqresində (36th ESPU Congress 2026) iştirak edib. Dr.Vüsal Cəfərov 2023-cü ildə Azərbaycan Respublikası Gömrük işini aparan Icra Hakimiyyəti Orqanının Fəxri Fərmanı ilə təltif olunub.

Həmçinin, Vüsal Cəfərovun “Xayanın xayalıqdan kənar yerləşməsi” elmi məqaləsi 12 oktyabr 2019-cu il tarixində “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalının online versiyasında ingilis dilində işıqlanıb. Dr.Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türkiyə Uçaq Cərrahiyyəsi Dərnəyinin , Avropa Uşaq Cərrahiyyəsi Assosiasiyasının və Türk Hipospadiya Dərnəyinin üzvüdür. Vüsal Cəfərovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.