"Universitetlər yalnız bu gün üçün kadr hazırlamamalıdır” - EKSPERT DANIŞDI

7 İyul 2026 13:21 (UTC+04:00)

"Tarix boyu əmək bazarında müxtəlif peşələrin aktuallığını itirdiyinin şahidi olmuşuq. Elmi-texniki tərəqqi nəticəsində bəzi peşələr sıradan çıxıb, yeni peşələr yaranıb, mövcud peşələrin isə məzmunu və ya icra forması dəyişib".

Bu sözləri SİA-ya açıqlamasında təhsil mütəxəssisi Çingiz Səfərli deyib.
Onun sözlərinə görə, bu gün də eyni proses davam edir. Lakin əvvəlki dövrlərdən fərqli olaraq, hazırda bu transformasiya daha sürətlə baş verir:

"Bunun da əsas səbəbi rəqəmsallaşma, avtomatlaşdırma və xüsusilə süni intellekt texnologiyalarının sürətli inkişafıdır.
Məsələn, media sahəsinə nəzər salsaq, sosial şəbəkələrin inkişafı ilə birlikdə sosial media meneceri, kontent yaradıcısı, influenser, rəqəmsal marketinq mütəxəssisi kimi əvvəllər mövcud olmayan yeni peşələr meydana gəlib. Bu gün demək olar ki, bütün sahələrdə müşahidə etdiyimiz dəyişikliklərin əsas hərəkətverici qüvvəsi məhz texnologiyadır. Süni intellekt isə bu prosesi daha da sürətləndirir. Artıq o, təhsil, səhiyyə, hüquq, maliyyə, media, mühəndislik və digər sahələrə geniş şəkildə tətbiq olunur. Süni intellekt alətlərindən səmərəli istifadə etməyi bacaran mütəxəssislər daha məhsuldar və rəqabətqabiliyyətli olurlar. Yeni texnologiyalara uyğunlaşa bilməyənlərin isə gələcəkdə əmək bazarında çətinliklərlə üzləşməsi ehtimalı artır.

Əslində gələcəyin əsas məsələsi peşələrin tamamilə yox olması deyil, onların formaca, məzmunca dəyişməsidir. Həkimə, müəllimə, hüquqşünasa, mühəndisə və jurnalistə hər zaman ehtiyac olacaq. Sadəcə, həmin peşələrin icra üsulu dəyişəcək. Bu sahələrdə çalışan şəxslər rəqəmsal texnologiyalardan, xüsusilə süni intellektdən istifadə bacarıqlarını artırmalıdırlar. Buna görə də gələcəyin əmək bazarında üstünlük əldə edənlər yalnız peşə sahibi olanlar deyil, daim öyrənən, yeni bacarıqlar qazanan və dəyişikliklərə çevik uyğunlaşan insanlar olacaq.

Bu baxımdan ali təhsil müəssisələrinin üzərinə də mühüm vəzifələr düşür. Universitetlər yalnız əmək bazarının bugünkü tələblərinə uyğun kadr hazırlamaqla kifayətlənməməli, müəyyən mənada bazarı qabaqlamalıdırlar. Bu gün universiteti bitirən məzun əldə etdiyi bilik və bacarıqlarla əmək bazarında özünə yer tapa bilmirsə, bu, təhsil proqramlarının sənayenin real ehtiyacları ilə tam uzlaşmadığını göstərir.

Ona görə də ali təhsil müəssisələri yeni ixtisaslaşmalar yaradarkən, eyni zamanda mövcud proqramları mütəmadi şəkildə yeniləməli, onları dəyişən əmək bazarının tələblərinə uyğunlaşdırmalıdırlar. Dünyada yeni texnologiyalar, biotexnologiya, süni intellekt və digər innovativ istiqamətlər formalaşırsa, həmin sahələr üzrə bilik və praktiki bacarıqlar da gecikmədən tədris proqramlarına inteqrasiya edilməlidir. Əks halda universitetlər məzun olduqları anda artıq köhnəlmiş biliklərə sahib mütəxəssislər hazırlamış olacaqlar.

Bunun üçün universitetlərdə əmək bazarını davamlı təhlil edən, qlobal tendensiyaları izləyən, yeni peşə və bacarıqların formalaşmasını analiz edən peşəkar qrupların fəaliyyəti vacibdir. Təhsil proqramları yalnız akademik yanaşma əsasında deyil, həm də real sektorun ehtiyacları nəzərə alınmaqla hazırlanmalıdır.

Son illərdə ali təhsil müəssisələri, elmi müəssisələrlə sənaye arasında əməkdaşlığın genişlənməsi müsbət tendensiyadır. Müxtəlif universitetlərin istehsal müəssisələri və şirkətlərlə əməkdaşlıq haqqında memorandumlar imzalaması, tələbələrin istehsalat təcrübəsinə cəlb edilməsi, birgə layihələrin həyata keçirilməsi gələcəyin kadr hazırlığı baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bu əməkdaşlıqlar formal xarakter daşımamalı, təhsil proqramlarının yenilənməsinə və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına real təsir göstərməlidir.

Bu istiqamətdə ölkəmizdə fəaliyyət göstərən Milli Observatoriyanın rolu da xüsusi qeyd edilməlidir. Milli Observatoriya əmək bazarını davamlı təhlil edir, gələcək illərdə hansı ixtisas sahiblərinə daha çox ehtiyac yaranacağını müəyyənləşdirir və müvafiq proqnozlar hazırlayır. Ali təhsil müəssisələri bu məlumatlardan daha fəal istifadə etməli, Milli Observatoriya ilə sıx əməkdaşlıq etməli və təhsil proqramlarını həmin təhlillər əsasında yeniləməlidirlər. Bununla yanaşı, əmək bazarındakı dəyişikliklər üzrə elmi araşdırmalar da davamlı xarakter almalıdır.

Hesab edirəm ki, gənclər peşə seçərkən yalnız bugünkü əmək bazarına deyil, gələcəyin inkişaf istiqamətlərinə də diqqət yetirməlidirlər. Bununla yanaşı, peşə seçimi yalnız gəlir və ya populyarlıq meyarı ilə müəyyən edilməməlidir. Şəxsin maraqları, qabiliyyəti, seçdiyi sahənin inkişaf perspektivləri, ömürboyu öyrənmə imkanları və texnologiyalarla işləmək bacarığı da əsas meyarlar sırasında olmalıdır. Çünki gələcəkdə rəqabət üstünlüyünü diplomun özü deyil, insanın biliklərini daim yeniləmək və dəyişən şəraitə uyğunlaşmaq bacarığı müəyyən edəcək.
Tarix boyu əmək bazarında müxtəlif peşələrin aktuallığını itirdiyinin şahidi olmuşuq. Elmi-texniki tərəqqi nəticəsində bəzi peşələr sıradan çıxıb, yeni peşələr yaranıb, mövcud peşələrin isə məzmunu və ya icra forması dəyişib. Bu gün də eyni proses davam edir. Lakin əvvəlki dövrlərdən fərqli olaraq, hazırda bu transformasiya daha sürətlə baş verir. Bunun da əsas səbəbi rəqəmsallaşma, avtomatlaşdırma və xüsusilə süni intellekt texnologiyalarının sürətli inkişafıdır.

Məsələn, media sahəsinə nəzər salsaq, sosial şəbəkələrin inkişafı ilə birlikdə sosial media meneceri, kontent yaradıcısı, influenser, rəqəmsal marketinq mütəxəssisi kimi əvvəllər mövcud olmayan yeni peşələr meydana gəlib. Bu gün demək olar ki, bütün sahələrdə müşahidə etdiyimiz dəyişikliklərin əsas hərəkətverici qüvvəsi məhz texnologiyadır. Süni intellekt isə bu prosesi daha da sürətləndirir. Artıq o, təhsil, səhiyyə, hüquq, maliyyə, media, mühəndislik və digər sahələrə geniş şəkildə tətbiq olunur. Süni intellekt alətlərindən səmərəli istifadə etməyi bacaran mütəxəssislər daha məhsuldar və rəqabətqabiliyyətli olurlar. Yeni texnologiyalara uyğunlaşa bilməyənlərin isə gələcəkdə əmək bazarında çətinliklərlə üzləşməsi ehtimalı artır.

Əslində gələcəyin əsas məsələsi peşələrin tamamilə yox olması deyil, onların formaca, məzmunca dəyişməsidir. Həkimə, müəllimə, hüquqşünasa, mühəndisə və jurnalistə hər zaman ehtiyac olacaq. Sadəcə, həmin peşələrin icra üsulu dəyişəcək. Bu sahələrdə çalışan şəxslər rəqəmsal texnologiyalardan, xüsusilə süni intellektdən istifadə bacarıqlarını artırmalıdırlar. Buna görə də gələcəyin əmək bazarında üstünlük əldə edənlər yalnız peşə sahibi olanlar deyil, daim öyrənən, yeni bacarıqlar qazanan və dəyişikliklərə çevik uyğunlaşan insanlar olacaq.

Bu baxımdan ali təhsil müəssisələrinin üzərinə də mühüm vəzifələr düşür. Universitetlər yalnız əmək bazarının bugünkü tələblərinə uyğun kadr hazırlamaqla kifayətlənməməli, müəyyən mənada bazarı qabaqlamalıdırlar. Bu gün universiteti bitirən məzun əldə etdiyi bilik və bacarıqlarla əmək bazarında özünə yer tapa bilmirsə, bu, təhsil proqramlarının sənayenin real ehtiyacları ilə tam uzlaşmadığını göstərir.

Ona görə də ali təhsil müəssisələri yeni ixtisaslaşmalar yaradarkən, eyni zamanda mövcud proqramları mütəmadi şəkildə yeniləməli, onları dəyişən əmək bazarının tələblərinə uyğunlaşdırmalıdırlar. Dünyada yeni texnologiyalar, biotexnologiya, süni intellekt və digər innovativ istiqamətlər formalaşırsa, həmin sahələr üzrə bilik və praktiki bacarıqlar da gecikmədən tədris proqramlarına inteqrasiya edilməlidir. Əks halda universitetlər məzun olduqları anda artıq köhnəlmiş biliklərə sahib mütəxəssislər hazırlamış olacaqlar.

Bunun üçün universitetlərdə əmək bazarını davamlı təhlil edən, qlobal tendensiyaları izləyən, yeni peşə və bacarıqların formalaşmasını analiz edən peşəkar qrupların fəaliyyəti vacibdir. Təhsil proqramları yalnız akademik yanaşma əsasında deyil, həm də real sektorun ehtiyacları nəzərə alınmaqla hazırlanmalıdır.

Son illərdə ali təhsil müəssisələri, elmi müəssisələrlə sənaye arasında əməkdaşlığın genişlənməsi müsbət tendensiyadır. Müxtəlif universitetlərin istehsal müəssisələri və şirkətlərlə əməkdaşlıq haqqında memorandumlar imzalaması, tələbələrin istehsalat təcrübəsinə cəlb edilməsi, birgə layihələrin həyata keçirilməsi gələcəyin kadr hazırlığı baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bu əməkdaşlıqlar formal xarakter daşımamalı, təhsil proqramlarının yenilənməsinə və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına real təsir göstərməlidir.

Bu istiqamətdə ölkəmizdə fəaliyyət göstərən Milli Observatoriyanın rolu da xüsusi qeyd edilməlidir. Milli Observatoriya əmək bazarını davamlı təhlil edir, gələcək illərdə hansı ixtisas sahiblərinə daha çox ehtiyac yaranacağını müəyyənləşdirir və müvafiq proqnozlar hazırlayır. Ali təhsil müəssisələri bu məlumatlardan daha fəal istifadə etməli, Milli Observatoriya ilə sıx əməkdaşlıq etməli və təhsil proqramlarını həmin təhlillər əsasında yeniləməlidirlər. Bununla yanaşı, əmək bazarındakı dəyişikliklər üzrə elmi araşdırmalar da davamlı xarakter almalıdır.

Hesab edirəm ki, gənclər peşə seçərkən yalnız bugünkü əmək bazarına deyil, gələcəyin inkişaf istiqamətlərinə də diqqət yetirməlidirlər. Bununla yanaşı, peşə seçimi yalnız gəlir və ya populyarlıq meyarı ilə müəyyən edilməməlidir. Şəxsin maraqları, qabiliyyəti, seçdiyi sahənin inkişaf perspektivləri, ömürboyu öyrənmə imkanları və texnologiyalarla işləmək bacarığı da əsas meyarlar sırasında olmalıdır. Çünki gələcəkdə rəqabət üstünlüyünü diplomun özü deyil, insanın biliklərini daim yeniləmək və dəyişən şəraitə uyğunlaşmaq bacarığı müəyyən edəcək.

Lətifə Abdıyeva