“Milli Məclis sədrinin başçılığı ilə Azərbaycan nümayəndə heyəti iyulun 3-də İran İslam Respublikasında səfərdə olub. Səfərin məqsədi İranın mərhum Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək idi”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında deyib.
Milli Məclisin sədri bildirib ki, səfər çərçivəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf və digər rəsmi şəxslərlə görüşlər keçirilib.
Sahibə Qafarova qeyd edib ki, görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından başsağlığı ifadə olunub, Azərbaycan xalqının dərin hüznü və ehtiramı İran xalqına çatdırılıb.