Azərbaycan avarçəkəni Azər İlyasov Açıq Litva çempionatında mübarizə aparacaq

7 İyul 2026 10:37 (UTC+04:00)

Litvada təlim-məşq toplanışında olan akademik avarçəkmə üzrə Azərbaycanın U-19 millisinin üzvü Azər İlyasov növbəti beynəlxalq turnirdə iştirak edəcək.

Bu barədə SİA-ya Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

İdmançı 11-12 iyulda Şaulyay şəhərində təşkil olunacaq Açıq Litva çempionatında mübarizə aparacaq.

Qeyd edək ki, yarışaa U-19 və U-23 yaş kateqoriyalarındakı idmançılar qatılacaqlar.