Zəngilanda əmək yarmarkasında 80 vakansiya təqdim ediləcək

7 İyul 2026 10:36 (UTC+04:00)

Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçirəcək.

SİA xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Aktiv məşğulluq tədbiri iyulun 9-u saat 11:30-da "Ağalı" hotelində təşkil olunacaq.

Tədbirdə işaxtaran şəxslərə 18 müəssisə tərəfindən elektrik qaz qaynaqçısı, mexanik, çilingər-santexnik, mühəndis, kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis, satıcı-kassir, hüquqşünas, informasiya texnalogiyaları üzrə mütəxəssis, satınalma üzrə mütəxəssis, qaz paylayıcı stansiyanın operatoru, aşpaz, bağban, gözətçi, traktorçu, anbardar, sürücü və s. peşə istiqamətləri üzrə 80-dən çox vakansiya təqdim ediləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.