Bakı–Naxçıvan marşrutu üzrə aviareyslər bərpa olunub

7 İyul 2026 09:43 (UTC+04:00)

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub və uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.

Bu barədə SİA-ya səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.