"Sabah" UEFA Çempionlar Liqasında bu gün ilk oyununa çıxacaq.
SİA xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS komandasını qəbul edəcək.
Matç Masazırdakı "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək.
Qarşılaşmanın baş hakimi polşalı Patrik Qriskieviç olacaq.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 14-də Uelsdə keçiriləcək.