ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb

7 İyul 2026 09:11 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2026-cı ilin iyun ayında 1 milyon 636 min 336 ton yük daşıyıb.

SİA ADY-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.

Məlumata əsasən, hesabat dövründə tranzit daşımaları 707 min tonu ötərək keçən ilin göstəricisini 38 % üstələyib.

Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 67 % (448 096 ton), Şimal-Cənub istiqaməti üzrə isə 48 % (47 240 ton) artım qeydə alınıb.