Ronaldo dünya çempionatı ilə vidalaşdı - İspaniya millisi 1 /4 finalda! - YENİLƏNİB

7 İyul 2026 01:12 (UTC+04:00)

Futbol üzrə dünya çempionatında İspaniya millisi Portuqaliya yığmasını məğlub edib. SİA-nın məlumatına görə, Dallas stadionunda keçirilən 1/8 final mərhələsinin matçında ispanlar minimal hesablı qələbəyə sevinib - 1:0.

Matçda 90+1-ci dəqiqədə Mikel Merino dəqiq zərbə müəllifi olub. Bu qələbədən sonra 1/4 finala yüksələn İspaniyanın növbəti rəqibi ABŞ - Belçika cütünün qalibi olacaq.

Mətləb