Liftə minən azyaşlıya zorakılıq edən şəxs saxlanıldı

7 İyul 2026 04:03 (UTC+04:00)

Sosial şəbəkələrdə azyaşlıya qarşı fiziki zor tətbiq edilməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb. SİA xəbər verir ki, qanunazidd əməli törədən 29 yaşlı A.Ağalarov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Onun səhhəti nəzərə alınaraq, ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Mətləb