Xameninin dəfnində 48 mindən çox şəxsə tibbi yardım göstərilib - AÇIQLAMA

7 İyul 2026 03:23 (UTC+04:00)

İranın mərhum ali rəhbəri Əli Xameneinin vida mərasimində 48 mindən çox şəxsə tibbi yardım göstərilib. Bu barədə ölkənin Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Cəfər Miadfar məlumat yayıb. Məlumata görə, iyulun 5-i saat 12:00-dan 16:00-dək ümumilikdə 48 804 nəfər təşkilatın xidmətlərindən yararlanıb.
SİTAT: "Müraciət edənlərdən 18 222 nəfər səyyar tibb məntəqələrində yardım alıb. Onlardan 54 nəfər xəstəxanaya yerləşdirilib, 63 nəfər üzərində ambulator cərrahi müdaxilə aparılıb, 18 mindən çox şəxs ambulator müalicə alıb, 5 min nəfərə isə infuzion terapiya (zərdab) tətbiq edilib".

Mətləb